HƏSƏNOĞLU MEBEL FABRİKİ

Tətbiq edilmiş Logix ERP sayəsində müəssisədə istər xammal, istər yarımməhsul, istərsə də hazır məhsul stokuna nəzarət edilir.
Həmçinin, digər modullar sayəsində Müəssisənin təchizatçılardan aldığı qiymət təklifi, təsdiqlənmiş təklif üzrə satınalmaların idarə olunması nəzarətdə saxlanılır və güclü məlumat bazası formalaşdırılır.
Həmçinin, Şirkət əməkdaşlarının aldığı Əmək haqqılar, əlavə iş saatlarına görə aldıqları məvaciblər, bonus/mükafatlar vahid proqramdan idarə edilir. Bundan əlavə, barmaq izi cihazla keçid sistemindən gələn giriş-çıxış saatlarına görə işə gecikmə saatları və əlavə iş saatları avtomatik hesablanır.