Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” təsdiq edilib. Bu mexanizimin tətbiqi istehlakçılar tərəfindən nağdsız ödənişlərin həcminin artmasına, uçotdankənar satışların qarşısının alınmasına və istehlakçı hüquqlarının qorunmasına səbəb olmaqla, eyni zamanda əhali arasında müasir texnologiyanın nailiyyətlərindən istifadə üzrə vərdişlərinin təkmilləşməsinə kömək olacaqdır.Biz də Logix olaraq bu aksiyaya dəstək vermək üçün proqram təminatımızın yeni nəsil kassa aparatları ilə inteqrasiyasını həyata keçirdik! Beləcə, artıq həm şirkətlər uçotdankənar satışların qarşısını rahat şəkildə ala biləcək, həm də istehlakçılar rahaqlıqla ƏDV-lərini geri ala biləcəklər.İşinizi asanlaşdırmaq üçün varıq!
- SİSTEM TƏHLÜKƏSİZLİYİ
- BİLİRSİNİZMİ???